Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın əmri ilə Sevastopolda terror aktı planlaşdıran bir kişini saxlayıblar.
Qaziler.az bildirir ki, bu barədə 16 yanvarda regional Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat verib.
"Sevastopolda terror aktlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edən Rusiya vətəndaşı saxlanılıb", - RİA Novosti agentliyinin verdiyi məlumatda deyilir.
İddia olunur ki, 19 yaşlı gənc Ukraynalı kuratorlardan aldığı tapşırıqla Sevastopola gedib və orada şəhərin nəqliyyat infrastrukturu və yanacaq-enerji kompleksində kəşfiyyat aparıb.
Kuratorun tapşırığı ilə o, yandırmaq üçün bidonlar və tezalışan materiallar, eləcə də həbs olunmamaq üçün pnevmatik tapança əldə edib.
QAZİLER.AZ



