Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi süni intellektdən istifadə edərək təsdiqlənmiş və etibarlı mənbələrə əsaslanaraq dini sualları tez bir zamanda cavablandıracaq "İmam AI" mobil tətbiqini hazırlayıb istifadəyə vermək niyyətindədir.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" müxbiri məlumat verib.
Qeyd olunur ki, bu barədə Ali Müfti Naurızbay Hacı Taqanuli 2026-cı il üçün proqram hesabatını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, dini sahədə süni intellekt texnologiyalarının tətbiqi dövrün tələblərinə cavab verir və ictimaiyyətlə qarşılıqlı əlaqənin keyfiyyətini artıracaq.
Ali Müftinin vurğuladığı kimi, tətbiqin əsas üstünlüyü yalnız təsdiqlənmiş dini mənbələrə əsaslanan etibarlı məlumatlara çıxış olacaq.
QAZİLER.AZ



