Rusiya Xarkov şəhərinin bir rayonuna dronla hücum edib

Rusiya Xarkov şəhərinin bir rayonuna dronla hücum edib backend

15 yanvar axşamı rusiyalı işğalçılar Xarkovun bir rayonuna naməlum dronla hücum təşkil ediblər. Hücum nəticəsində heç kim xəsarət almayıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov meri İqor Terexovun açıqlamasına istinadən məlumat yayıb.

"Düşmənin pilotsuz təyyarə hücumu - növü müəyyənləşdirilir - Slobodski rayonunda qeydə alınıb. Hazırda itkilər barədə məlumat yoxdur. Nəticələri müəyyən edilir", - Terexov yazıb.

Rusiyanın hücumu ilə bağlı hələlik əlavə məlumat verilməyib.

QAZİLER.AZ