Yanvarın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Böyük Britaniyadakı səfir Valeri Zalujnı ilə görüşüb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.
Zelenski görüş zamanı Zalujnıya Ukrayna komandasındakı işinə görə təşəkkür etdiyini qeyd edib. Prezidentin sözlərinə görə, müzakirə mövzusu hazırda aktual olan və Ukraynanı gücləndirə biləcək diplomatik vəzifələr olub.
"Və hamımızın Ukraynanın müstəqilliyini, milli maraqlarımızı və xalqımızı müdafiə etmək üçün birlikdə çalışmağımız vacibdir", - məlumatda deyilir.
Qeyd etmək lazımdır ki, dekabrın sonlarında bəzi Ukrayna media orqanları öz mənbələrinə istinadən Valeri Zalujnının guya Ukrayna səfiri vəzifəsindən istefa verməyə və yanvar ayında Londonu tərk etməyə hazırlaşdığını bildirmişdilər. Onların sözlərinə görə, o, guya prezidentin Britaniyaya səfəri zamanı Zelenski ilə bu barədə müzakirə aparıb.
Zalujnının mətbuat katibi Oksana Torop daha sonra "RBC-Ukrayna"ya bildirib ki, bu xəbər yalandır. Onun sözlərinə görə, heç nəyin dəyişməyib və keçmiş səfirin diplomatik vəzifəsini tərk etmək planı yoxdur.
QAZİLER.AZ



