15 yanvarda Gelencik və Krasnodar hava limanlarında uçuş və eniş məhdudiyyətlərinin aradan qaldırıldığını açıqladı.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.
"Gelencik və Krasnodar (Paşkovski) hava limanları. Təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - Telegram kanalı bildirib.
Agentlik həmçinin qeyd edib ki, mövcud iş qrafikinə əsasən, Gelencik hava limanı Moskva vaxtı ilə səhər saat 8:30-dan, Krasnodar hava limanı isə Moskva vaxtı ilə səhər saat 9:00-dan uçuşları qəbul etməyə hazır olacaq.
QAZİLER.AZ



