İran hava məkanını açıb

İran hava məkanını açıb backend

İran hava məkanını açıb.

"Report" bu barədə "İran İnternational" portalına istinadən xəbər verir.

Qeyd olunub ki, ölkənin hava məkanı təxminən beş saat bağlı qalıb.

"Flightradar24" portalında əksini tapan məlumata görə, artıq İran üzərindən uçuşlar həyata keçirilməyə başlanılıb.

Qeyd edək ki, İran gecə saatlarında əvvəlcədən icazə alınmış beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanı bağlamışdı.