Gürcüstanda plastik istehlakını azaltmaq üçün aprel ayında yeni bir qayda qüvvəyə minəcək.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 1 apreldən etibarən dövlət satınalmaları həyata keçirən təşkilatlara 3 litrə qədər plastik stəkanlar, qablar və plastik içki butulkaları almaq qadağan ediləcək.
Qaydalar silahlı qüvvələr və hərbi qulluqçular üçün dövlət satınalmalarına şamil edilmir.
"Ətraf mühitin çirklənmənin qarşısını almaq və təbii ekosistemlərə düşən əhəmiyyətli yükü azaltmaq üçün Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yeni qaydalar tətbiq edir...
Qətnamə 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Qeyd etmək lazımdır ki, 1 yanvar 2026-cı il tarixindən etibarən qida üçün nəzərdə tutulmuş müəyyən plastik məhsulların satışı artıq qadağan edilib”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ



