Rusiyada doqquz körpənin öldüyü xəstəxananın baş həkimi saxlanılıb

Rusiyada doqquz körpənin öldüyü xəstəxananın baş həkimi saxlanılıb backend

Hüquq-mühafizə orqanlarının əməkdaşları körpələrin ölümü ilə bağlı cinayət işi ilə əlaqədar 1 nömrəli Novokuznetsk Şəhər Klinik Xəstəxanasının baş həkimini və reanimasiya şöbəsinin müdiri vəzifəsini icra edən şəxsi saxlayıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin səhlənkarlıq maddələri ilə cinayət törətməkdə və iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqda şübhəli bilinirlər.

Qaziler.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib.

"Novokuznetsk 1 saylı Şəhər Klinik Xəstəxanasının yenidoğulmuş və vaxtından əvvəl doğulmuş körpələrin reanimasiya şöbəsinin baş həkimi və müvəqqəti müdiri saxlanılıb", - Petrenko vurğulayıb.

İstintaqın versiyasına görə, şübhəlilərin öz vəzifələrini lazımınca yerinə yetirməməsi səbəbindən 2026-cı il yanvarın 4-dən 12-dək tibb müəssisəsində doqquz yeni doğulmuş körpə ölüb. İttihamlar və məhkəməyəqədər həbs qərarı nəzərdən keçirilir.

QAZİLER.AZ