Hakan Fidan iranlı həmkarı ilə görüşüb

Hakan Fidan iranlı həmkarı ilə görüşüb backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Fidan və Əraqçi telefon danışığı aparıblar.

Zəng zamanı nazir Hakan Fidan mövcud regional gərginliyin həlli üçün danışıqların zəruriliyini vurğulayıb.

Telefon danışığının digər təfərrüatları haqda məlumat verilmir.

Qeyd edək ki, Türkiyə və İran XİN rəhbərləri arasında son gün ərzində iki dəfə telefon danışığı olub.

QAZİLER.AZ