Tuva Respublikasının Kaa-Xem rayonunun Sizim kəndinin cənub-şərqində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Qaziler.az bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Regional İdarəsi bu barədə 14 yanvarda məlumat verib.
"14 yanvar yerli vaxtla saat 10:44-də Kaa-Xem rayonunun Sizim kəndinin 52 km cənub-şərqində 4,6 bal gücündə seysmik hadisə qeydə alınıb", - nazirliyin Telegram kanalı xəbər verir .
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ hiss olunmayıb və əhalidən heç bir zəng daxil olmayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nazirlik bütün vacib obyektlərin normal fəaliyyətini davam etdirdiyini açıqlayıb.
QAZİLER.AZ



