Rusiya qüvvələri Ukraynadakı hədəflərə zərbələr endirib.
Qaziler.az bildirir ki, bu barədə "İznanka" Telegram kanalının verdiyi məlumatda deyilir.
İlkin məlumatlara görə, zərbələr ballistik raketlərdən istifadə edilərək həyata keçirilib. Hədəflərin Dnepropetrovsk, Poltava və Xarkov yaxınlığında yerləşdiyi bildirilir.
Yerli hakimiyyət orqanları bu cür zərbələr barədə məlumat verməyib. Lakin Ukrayna Hərbi Hava Qüvvələri Telegram kanalında ballistik raket zərbələri təhlükəsi barədə məlumat verib.
QAZİLER.AZ



