13 yanvarda Rusiya Xarkovun bir rayonuna "Molniya" kamikadze dronu ilə zərbə endirib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov meri İqor Terexovun Telegram-dakı açıqlamasına istinadən məlumat yayıb.
"Düşmənin "Molniya" döyüş dronu tərəfindən Slobodski rayonuna zərbə endirilməsi qeydə alınıb. Nəticələri müəyyən edilir", - deyə onun məlumatında bildirilir.
Xatırladaq ki, gecə hücumu zamanı Rusiya qüvvələri Ukrayna ərazisinə təxminən 300 dron və onlarla müxtəlif tipli raket atıb. Düşmən hədəflərinin əksəriyyəti Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
QAZİLER.AZ



