Krasnodar Hava Limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti bu barədə 13 yanvarda məlumat verib.
"Krasnodar Hava Limanı (Paşkovski). Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - Telegram kanalında bildirib.
Telegram kanalı məhdudiyyətlərin uçuş təhlükəsizliyi məqsədilə tətbiq olunduğunu bir daha təkrarlayıb.
QAZİLER.AZ



