İranda etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb

İranda etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb backend

İranda baş qaldıran etirazlar nəticəsində 2000 nəfər ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan bir məmura istinadən məlumat yayıb.

"Bir İran rəsmisi “Reuters” agentliyinə bildirib ki, etirazçıların və təhlükəsizlik qüvvələrinin ölümünün arxasında terrorçu adlandırdığı şəxslər dayanır. Adının açıqlanmasını istəməyən məmur ölənlər haqqında ətraflı məlumat verməyib", - yazıda qeyd olunub.

Xatırladaq ki, İranda etirazlar dekabrın 28-də yerli valyutanın devalvasiyası fonunda başlayıb. Polis tərəfindən göz yaşartıcı qaz və rezin tüfənglərdən istifadə olunub, gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Ən böyük etirazlar Tehranda baş verib, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.

QAZİLER.AZ