Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb

Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb backend

İran hakimiyyəti ölkədə baş verən etirazları etiraf edib və nümayişçilərlə dialoqa başlayıb.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb.

“Hökumət etirazları qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb”, – deyə nazir qeyd edib.