İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasında internetin bağlanma səbəbini izah edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, "Əl-Cəzirə"yə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, bu, "xaricdən şifariş edilən terror əməliyyatları başlayanda" olub.
İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyasından sonra başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən polis tərəfindən göz yaşartıcı qaz və rezin tüfənglərdən istifadə edilib. Ən böyük nümayişlər Tehranda baş verib, ən ağır toqquşmalar isə ölkənin qərbində və cənub-qərbində, Məlikşah, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb.
Yanvarın 8-də isə hakimiyyət İranda interneti bağladı. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırılıb.
QAZİLER.AZ



