Estoniya hakimiyyəti Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşan 261 nəfərin ölkəyə girişini qadağan edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraine Estoniya xarici işlər naziri Marqus Tsaxknanın X sosial mediada verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Estoniya xarici işlər naziri vurğulayıb ki, nə Estoniyada, nə də Şengen zonasında rus işğalçılarına yer yoxdur.
O bildirib ki, "təcavüzkar dövlətdən yüz minlərlə döyüşçü bu qəddar müharibədə iştirak edib, vəhşiliklər törədib və zorakılıq səpib. Onlara Estoniyada və ya Şengen zonasında yer yoxdur".
Diplomatın sözlərinə görə, bu qərar yalnız başlanğıcdır.
O, Estoniya hakimiyyətinin "keçmiş rusiyalı döyüşçülərinə qapını bağlı saxlamaq" üçün çalışmağa davam edəcəyinə söz verib.
Nazir həmçinin digər ölkələri də oxşar məhdudiyyətlərə qoşulmağa çağırıb.
QAZİLER.AZ



