8-10 yanvar aralığında İranda etiraz aksiyalarında etirazçılar arasında silahlı terrorçuların mövcudluğunun şahidi olmuşuq.
Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda xarici ölkələrin səfirləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, bu isə etiraz aksiyalarını əsas istiqamətindən yayındırmaq üçün planlar çərçivəsində olduğunu göstərir. Belə ki, ölkədə sosial xaos və milli səviyyədə iğtişaşlar yarada bilsinlər.
Əraqçi bildirib ki, etirazçılar arasında silahlı şəxslər polisə doğru atəş açıb. Hətta aydın olub ki, həmin silahlı şəxslər sadə vətəndaşlara da atəş açıblar. Onların yeganə məqsədi ölənlərin sayını artırmaq olub.
İranlı nazir deyib ki, bu istiqamətdə çoxlu faktlar və sənədlər mövcuddur.
“Səbəb budur ki, ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, İran vətəndaşları öldürülərsə, müdaxilə olunacaq. Halbuki bunun özü başqa ölkələrin daxili məsələlərində müdaxilə etməkdir”, - deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.



