Rusiya Putini oğurlamaq istədiyini bildirən Britaniya müdafiə nazirini beynəlxalq axtarışa verə bilər

Rusiya Putini oğurlamaq istədiyini bildirən Britaniya müdafiə nazirini beynəlxalq axtarışa verə bilər backend

Rusiya Prezidenti Vladimir Putini oğurlamaq istədiyini bildirən Britaniya müdafiə naziri Con Hilinin beynəlxalq axtarışa verilməsi təklif olunub.

Apa-nın Moskva bürosu xəbər verirki, Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet bu təkliflə çıxış edib.

O, britaniyalı nazirin beynəlxalq axtarışa verilməli olduğunu söyləyib.

Bildirilib ki, qabaqlayıcı tədbir olaraq Hili qiyabi olaraq məhkum edilməlidir.

Qeyd edək ki, “Telegraph” qəzeti Kiyevə səfəri zamanı Britaniya müdafiə naziri Con Hilinin fürsəti olsa, Rusiya prezidentini oğurlayacağını və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edəcəyini bildirdiyini yazıb.