Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamasına görə etiraz notası təqdim edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Səfirə dövlət telekanalının proqramının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.
“Dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərini kobud şəkildə pozduğu vurğulanıb”, - XİN-in məlumatında qeyd edilib.



