Litva Ukraynaya hərbi gəmi göndərəcək

Litva Ukraynaya hərbi gəmi göndərəcək backend

Litva təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynaya yalnız quru kontingenti deyil, həm də hərbi gəmi göndərəcək.

Qaziler.az bildirir ki, Litva Prezidenti Gitanas Nauseda bunu yanvarın 12-də deyib.

"Sülhməramlılıq quruda, dənizdə və havada təmin edilməlidir. Litva, özünün ölçüsü və imkanları nəzərə alınmaqla, əhəmiyyətli töhfə verəcək. Biz hərbi-dəniz qüvvələri ilə qoşulmağa hazırıq", - deyə o,BNS-ə verdiyi müsahibədə bildirib.

Nauseda bildirib ki, Litva hərbi qulluqçuları Ukraynadakı döyüş əməliyyatlarında iştirak etməyəcəklər, çünki onların vəzifəsi "sülhməramlılıq" olacaq, - Gazeta.Ru əlavə edib.

QAZİLER.AZ