Rusiya Ukraynanın Zaporojye bölgəsində daha bir kəndi ələ keçirib

Rusiya Ukraynanın Zaporojye bölgəsində daha bir kəndi ələ keçirib backend

Rusiya Silahlı Qüvvələri Zaporojye bölgəsindəki Novoboykoske kəndini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə 12 yanvarda Rusiya Müdafiə Nazirliyi məlumat verib.

"Dnepr qüvvələr qrupunun bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində Zaporojye bölgəsindəki Novoboykoske kəndini tutub", - məlumatda deyilir.

Hücum zamanı Rusiya qüvvələri Ukraynanın Zaporojye bölgəsindəki Kirovo, Orexov və Yurkovka, eləcə də Xerson bölgəsindəki Sadovoye ərazilərində Ukrayna ordusu bölmələrini tələfata uğradıb. Nazirliyin məlumatına görə, Ukrayna hərbçiləri 50-yə qədər şəxsi heyəti, altı nəqliyyat vasitəsi və bir artilleriya qurğusunu itirib.

QAZİLER.AZ