Türkiyədə dəhşətli qəza: Ölənlər və yaralanan var - FOTO

Türkiyədə dəhşətli qəza: Ölənlər və yaralanan var - FOTO backend

Adıyamanda sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində dəhşətli qəza baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Adıyaman-Kahta magistral yolunda avtomobil avtobusla üz-üzə toqquşub.

Zərbənin təsiri ilə avtomobil əzilib və avtomobildə olan Mahmut İzci, Zahide İzci və Yusuf İzci hadisə yerində ölüb. Bir nəfər yaralanıb.

Hadisə yerinə çoxsaylı xilasedici, 112 təcili yardım və polis qrupları göndərilib.

Qəza ilə bağlı araşdırma başlanılıb.

QAZİLER.AZ