İranda üç günlük matəm elan olunub

İranda üç günlük matəm elan olunub backend

İranda baş verən iğtişaşlar nəticəsində çox sayda təhlükəsizlik qüvvəsi əməkdaşının ölümü ilə bağlı üç günlük milli matəm elan olunub.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

"İran Prezidenti vətənin əziz övladlarının itkisindən dərin kədər hissi keçirərək Nazirlər Kabineti ilə birlikdə şəhidlərin matəminə qatılır və əziz İran xalqını bazar ertəsi günü keçiriləcək milli müqavimət yürüşünə dəvət edir", - məlumatda bildirilib.