Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bağlanıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə 9 yanvar tarixində Yol Məlumat Mərkəzinin mətbuat xidməti məlumat verib.
"Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bağlanıb", - onların Telegram kanalında bildirilib.
Məhdudiyyətin səbəbləri hazırda məlum deyil. Departament körpüdə və yoxlama zonasında olan sürücüləri və sərnişinləri sakit olmağa və nəqliyyat təhlükəsizliyi işçilərinin təlimatlarına əməl etməyə çağırıb.
QAZİLER.AZ



