9 yanvar axşamı Ukrayna Ali Radası Prezident Volodimir Zelenskidən Vasili Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı təklif alıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ali Radanın spikeri Ruslan Stefançukun məlumatına istinadən xəbər verir.
"Ali Rada Prezident Volodimir Zelenskidən Vasili Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı təklif alıb. Parlament yaxın günlərdə müəyyən edilmiş prosedura uyğun olaraq buna baxacaq", - deyə o, təklifin şəklini əlavə edərək yazıb.
Xatırladaq ki, Prezident Volodimir Zelenski böyük "hakimiyyət sıfırlaması" elan edib və bu sıfırlamanın bir hissəsi olaraq Ukrayna Təhlükəsizlik Xidmətinə 5 yanvarda yeni rəis vəzifəsinə general-mayor rütbəsinə malik Yevgeni Xmara təyin edildi.
QAZİLER.AZ



