İranda kütləvi etirazçılar 26 bankı və 10 dövlət idarəsini dağıdıb, Tehranda isə 25 məscidi yandırıblar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə yanvarın 9-da İran paytaxtının meri Əlirza Zəkani məlumat verib.
"Onlar 26 banka hücum etdilər və 25 məscidi yandırdılar.", - RİA Novosti onun sözlərini sitat gətirib.
Zəkani əlavə edib ki, etirazçılar 42 avtobusu, 10 hökumət binasını və 24 mənzili yandırıblar. Merin sözlərinə görə, onlar həmçinin hüquq-mühafizə orqanlarının postlarına hücum ediblər. Yanğın nəticəsində 48 yanğınsöndürmə maşını zədələnib.
QAZİLER.AZ



