Belqorod vilayətində dron hücumu nəticəsində dörd nəfər yaralanıb

Belqorod vilayətində dron hücumu nəticəsində dörd nəfər yaralanıb backend

"Rusiyanın Belqorod vilayətinin Volokonovski rayonunda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin avtobusa zərbə endirməsi nəticəsində dörd nəfər yaralanıb".

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə regional operativ qərargahı 9 yanvarda məlumat verib.

"Volokonovski rayonunun Qriqoryevka kəndi yaxınlığında şirkət avtobusuna pilotsuz uçuş aparatı hücum edib. İki kişi və iki qadın qəlpə yaraları alıb", - operativ qərargah yazıb.

Bütün zərərçəkənlər xəstəxanaya aparılıb və onlara lazımi tibbi yardım göstərilib. Zərbə nəticəsində avtobus  zədələnib.

QAZİLER.AZ