Ukraynadakı bütün tammiqyaslı müharibə ərzində Rusiya ən azı 19 generalını itirib.
Qaziler.az bildirir ki, bu barədə "The Insider" nəşri açıq məlumatların təhlilinə, eləcə də Rusiya və Ukrayna mənbələrinin hesabatlarına istinadən məlumat verir.
Nəşr qeyd edir ki, ölüm hallarının heç də hamısı Rusiya hakimiyyəti tərəfindən rəsmi olaraq təsdiqlənməyib.
Təsdiqlənmiş itkilər arasında 2022-ci ildə vəfat edən generallar Andrey Suxovetski, Oleq Mityayev, Vladimir Frolov, Andrey Simonov, Kanamat Botaşev və Roman Kutuzov da var. Sonrakı illərdə Sergey Qoryaçev, Oleq Tsokov və Vladimir Zavadski öldürülüb. Həmçinin NBC Mühafizə Qoşunlarının rəisi İqor Kirillov, Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik, Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Mixail Qudkov və Baş Qərargahın Əməliyyat Təlimi İdarəsinin rəisi Fanil Sarvarov da həlak olub.
QAZİLER.AZ



