9 yanvar tarixində, Rusiya işğalçıları Ukrayna limanları yaxınlığında üzən mülki gəmilərə zərbələr endiriblər. Hücum nəticəsində bir Suriya vətəndaşı həlak olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Baş nazirin müavini Aleksey Kulebaya istinadən Telegram-da məlumat verib.
Kulebanın məlumatına görə, Rusiyanın hücum pilotsuz təyyarəsi Sent-Kits və Nevis (şərqi Karib dənizində yerləşən bir ölkə) bayrağı altında üzən gəmiyə zərbə endirib. O, Ukrayna Taxıl Dəhlizinin bir hissəsi kimi taxıl yükləmək üçün yola düşüb.
"Təəssüf ki, hücum nəticəsində Suriya vətəndaşı olan heyət üzvü həlak olub. Bu, dəhşətli müharibə cinayətidir", - deyə Baş nazirin müavini vurğulayıb.
O əlavə edib ki, Rusiya qüvvələri Odessa limanı yaxınlığında Komor adaları bayrağı altında üzən gəmiyə hücum edib. Gəmidə soya paxlası olub. İlkin məlumatlara görə, xəsarət alanlar var. Hadisə yerinə xilasetmə qrupları göndərilib.
QAZİLER.AZ



