Voloqda bölgəsindəki 610 spirtli içki mağazasının hamısı bağlanıb.
Rusiyanın Voloqda vilayətində fəaliyyət göstərən 610 spirtli içki mağazasının hamısı bağlanıb, spirtli içki satışını dayandırıb və ya profilini dəyişərək yenidən istifadəyə verilib.
Bu barədə 9 yanvarda regionun qubernatoru Georgi Filimonov bildirib.
"Vəd edildiyi kimi, Vologda bölgəsindəki 610 spirtli içki mağazasının hamısı bağlanıb, spirtli içki satışını dayandırıb və ya xidmətlərini dəyişərək istifadəyə verilib. Artıq bölgədə "spirtli içki mağazası" anlayışı yoxdur", - deyə o, Telegram kanalında yazıb.
Qubernator qeyd edib ki, son bir həftə ərzində qalan 10 mağazada yenidən formatlama prosesi başa çatıb.
Filimonov əlavə edib ki, bundan əlavə, regiondakı 316 veyp mağazasından 218-i fəaliyyətini dayandırıb.
QAZİLER.AZ



