Rusiya və İran Rusiya qazının təchizatı ilə bağlı demək olar ki, bütün məsələləri həll ediblər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib. Onun sözlərinə görə, bu sahə ölkələrin ikitərəfli münasibətlərində ən vacib məsələlərdən biridir.
“İkitərəfli münasibətlərimizin digər vacib sahəsi İrana Rusiya qazının tədarüküdür ki, bu da son mərhələdədir və başa çatmaq üzrədir”, - deyə diplomat qeyd edib.
Cəlali əlavə edib ki, Tehran həmçinin 2026-cı ildə İrana gələn rusiyalı turistlərin sayında artım görməyi düşünür. Onun sözlərinə görə, İran buna nail olmaq üçün bütün səylərini göstərmək niyyətindədir.
Bundan əlavə, Moskva və Tehran hərbi əlaqələrini genişləndirir. Lakin Cəlali əməkdaşlığın təfərrüatlarını açıqlamağın yersiz olacağını qeyd edib.
Eyni zamanda, İran ABŞ ilə danışıqlara hazır olduğunu təsdiqləyib. Cəlalinin sözlərinə görə, Tehran beynəlxalq öhdəliklər çərçivəsində hərəkət edir və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin müddəalarına riayət etmək niyyətindədir.
QAZİLER.AZ



