Rusiyanın Volqoqrad vilayətində üç avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb.
Rusiyanın Volqoqrad vilayətinin Mixaylovski rayonunda R-22 federal magistral yolunda üç nəqliyyat vasitəsi toqquşub, nəticədə yeddi nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 8-də regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yeddi nəfər ölüb", - idarənin rəsmi saytında dərc olunmuş açıqlamada deyilir.
Troitskiyə gedən döngənin yaxınlığındakı magistral yolda baş verən qəza barədə məlumat Moskva vaxtı ilə saat 18:50-də verilib. Hazırda həlak olanların şəxsiyyəti müəyyən edilir.
QAZİLER.AZ



