8 yanvarda Rusiya hərbçiləri Krivoy Roqa "İskəndər" ballistik raketləri ilə hücum etdilər. Düşmən çoxmərtəbəli binaları hədəf alıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telekanalı Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun Telegram-dakı məlumatına istinadən məlumat yayıb.
O bildirib ki, düşmən Krivoy Roqa zərbə endirmək üçün iki İskəndər ballistik raketindən istifadə edib.
"Zərərçəkənlərə yardım göstərilir. Hər şeyi başa düşürük, hamımız işləyirik", - Vilkul əlavə edib.
Şəhər Müdafiə Şurasının rəhbəri Krivoy Roqda baş verən yeni Rusiya terror hücumu ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, Vilkul Krivoy Roqda baş verən raket hücumu barədə yerli vaxtla saat 17:01-də məlumat verib.
QAZİLER.AZ



