Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin düşməni olmadığını bəyan etdi.
Qaziler.az bildirir ki, onun sözləri BelTa-da sitat gətirilib.
Belarus lideri bu açıqlamanı Milad bayramında Minsk vilayətinin Okolitsa kəndindəki kilsəyə baş çəkərkən verib.
Lukaşenko "Minskaya" ikonasının surətini təqdim etdi. O qeyd etdi ki, ikona görünən və görünməyən düşmənlərdən qoruyur və xilas edir.
"Tutaq ki, düşmənimiz yoxdur. Amma, Allah eləməsin, potensial düşmənlərimizi tanımalıyıq. Və bizim ikonumuz bu işdə bizə kömək edə bilər", - deyə Lukaşenko vurğulayıb.
QAZİLER.AZ



