Prezident Vladimir Zelenski artıq Kiprə gedib. Onun orada bir sıra görüşləri planlaşdırılıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Zelenskinin sözçüsü Sergey Nikiforova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, səfəri zamanı Zelenski Kipr Prezidenti Xristodulidis və Kipr arxiyepiskopu Georgi ilə görüşəcək.
Onun həmçinin Kipr Respublikasının Avropa İttifaqı Şurasına sədrliyinin açılış mərasimində iştirak etməsi və Avropa Şurasının Prezidenti Kosta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüşməsi planlaşdırılır.
QAZİLER.AZ



