"Gürcüstan Sumı bölgəsinə doqquz sənaye generatoru bağışlayıb".
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib.
Onların məlumatına görə, yanvarın 5-də Gürcüstanın Ukraynadakı müvəqqəti işlər vəkili İrakli Abesadze müxtəlif gücə malik doqquz sənaye generatorunu Sumı Hərbi Administrasiyasının səlahiyyətli nümayəndəsinə təhvil verib.
"Biz Gürcüstan hökumətinə səmimi qəlbdən minnətdarıq, çünki o, tammiqyaslı Rusiya işğalının başlanğıcından bəri Kiyev, Lvov, Xarkov, Nikolayev və Qostomeldəki sosial və infrastruktur obyektləri üçün Ukraynaya 27 güclü generator, eləcə də Sumı bölgəsi üçün doqquz generator göndərib", - deyə bəyanatda bildirilir.
QAZİLER.AZ



