Qadını döydü, saçlarından tutaraq asfaltda sürüdü - VİDEO

Qadını döydü, saçlarından tutaraq asfaltda sürüdü - VİDEO backend

Rusiyanın Krasnodar vilayətində kişi qadını vəhşicəsinə döyüb və saçlarından tutaraq asfalta sürüyüb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi 6 yanvarda məlumat verib.

 "Hadisənin bütün hallarını, eləcə də cinayətkarın şəxsiyyətini müəyyən etmək üçün səylər göstərilir", - idarə Telegram kanalında verdiyi açıqlamada bildirib.

"İzvestiya"nın əldə etdiyi görüntülərdə papaq geyinmiş bir kişinin qadının üzünə vurduğu, sonra saçından tutub bir neçə metr sürüklədiyi görünür. Ətrafdakılar hücumçunu zərərçəkmişdən ayırıblar və zərərçəkmiş polisə şikayət ərizəsi yazıb.

QAZİLER.AZ