İstanbulda yük maşını evə çırpılıb, 2 nəfər ölüb

İstanbulda yük maşını evə çırpılıb, 2 nəfər ölüb backend

İstanbulun Beykoz rayonunda idarəetməni itirən yük maşını əvvəlcə iki piyadanı, daha sonra park edilmiş avtomobilə və bir evə çırpıb, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Əvvəlcə yolda gedən xarici vətəndaşları, daha sonra isə park edilmiş avtomobili vuran yük maşını yol kənarındakı bir evə çırpıldıqdan sonra dayanıb. Yük maşınının ön hissəsi evin altındakı mağazaya girib.

Məlumatdan sonra hadisə yerinə tibbi, yanğınsöndürmə, polis və Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD)  qrupları göndərilib.

Sürücünün hadisə yerində öldüyü müəyyən edilib.

Qəzada ağır yaralanan İllariya Karroza və Vibe Vermer ilkin müalicədən sonra Beykoz Dövlət Xəstəxanasına aparıldılar.

Tibbi müdaxiləyə baxmayaraq, Vermeri xilas etmək mümkün olmayıb.

Bölgədə aparılan işlərdən sonra yük maşını evakuatorun köməyi ilə çıxarılıb.

QAZİLER.AZ