Qazaxıstanın Atırau bölgəsində bir ailə itkin düşüb. Polis iki cəsəd tapdığını bildirib.
"Kazinform" xəbər verir ki, Atırau Regional Polis İdarəsi əvvəllər itkin düşmüş kimi qeydə alınan evli cütlüyün cəsədlərinin tapıldığını təsdiqləyib.
"Atırau vilayətinin Qızılkoginski rayonunda əvvəllər itkin düşmüş hesab edilən evli cütlüyün cəsədləri tapılıb. Hazırda daha iki itkin düşmüş şəxsin yerini müəyyən etmək üçün axtarış işləri davam etdirilir. Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Şübhəlilərin kimliyi müəyyən edilib", - deyə regional polis idarəsinin rəisi Nurkat Orazbayev bildirib.
Hüquq-mühafizə orqanları hazırda onların yerini müəyyən etmək və saxlamaq üçün müvafiq istintaq əməliyyatları aparır.
Polis sosial media istifadəçilərini yalnız rəsmi mənbələrdən alınan məlumatlara etibar etməyə və təsdiqlənməmiş və yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, itkin düşmüş ailənin axtarışı ötən ilin 25 dekabrında başlayıb.
Polis daha sonra müəyyən edib ki, bu dörd şəxsdən əlavə, ailənin qızı və əri Özbəkistana, daha sonra isə başqa ölkəyə gediblər.
QAZİLER.AZ



