Orban seçkilərdən əvvəl macarları müharibə ilə qorxudur

Orban seçkilərdən əvvəl macarları müharibə ilə qorxudur backend

Macarıstanın Baş naziri Viktor Orban vətəndaşları 2026-cı il parlament seçkilərində "Fides" partiyasını dəstəkləməyə çağıraraq bildirib ki, bu, ölkənin müharibəyə cəlb olunmasının qarşısını almaq üçün lazımdır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Macarıstan baş nazirinin Facebook səhifəsindəki açıqlamasına istinadən məlumat yayıb.

Rusiyayönlü baxışlar nümayiş etdirən Orban hesab edir ki, "liberal dünya nizamı dağılır". O, Donald Trampın ABŞ prezidenti seçilməsinin onun üçün "ölümcül zərbə" olduğunu, (görünür, Venesueladakı hadisələrə işarə edir- red.)söylədi.

Baş nazir bildirib ki, yeni dünya nizamı yeni yaranır, ona görə də qarşıdakı illər "daha qeyri-sabit, gözlənilməz və təhlükəli" olacaq.

"Bu vəziyyətdə Macarıstan xalqı bu ilin aprel ayında öz yolunu seçməlidir", - deyə o yazıb.

QAZİLER.AZ