Rusiyanın Amur vilayətinin Tıqda kəndində fərdi evdə yanğın baş verib, nəticədə dörd nəfər ölüb.
Qaziler.az xəbər verir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzi yanvarın 5-də məlumat verib.
"Maqdaqaçinski rayonunun Tıqda kəndindəki Lesnaya küçəsində yanğın baş verib", - mərkəzin Telegram kanalında bildirilib..
Yanğınsöndürmə əməliyyatı zamanı dörd qurbanın cəsədi aşkar edilib. Onların şəxsiyyəti və faciənin digər halları araşdırılır.
QAZİLER.AZ



