Rusiyada baş verən yanğın nəticəsində dörd nəfər ölüb

Rusiyada baş verən yanğın nəticəsində dörd nəfər ölüb backend

Rusiyanın Amur vilayətinin Tıqda kəndində fərdi evdə yanğın baş verib, nəticədə dörd nəfər ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzi yanvarın 5-də məlumat verib. 

"Maqdaqaçinski rayonunun Tıqda kəndindəki Lesnaya küçəsində yanğın baş verib", - mərkəzin Telegram kanalında bildirilib..

Yanğınsöndürmə əməliyyatı zamanı dörd qurbanın cəsədi aşkar edilib. Onların şəxsiyyəti və faciənin digər halları araşdırılır. 

QAZİLER.AZ