Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib: ölən və yaralananlar var

Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib: ölən və yaralananlar var backend

Yanvarın 5-nə keçən gecə Kiyevə növbəti hücum həyata keçirilib, dağıntılar var, bir nəfər həlak olub.

Apa xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, Obolon rayonunda fəaliyyət göstərən stasionar şöbəsi olan dördmərtəbəli xəstəxana binasına zərbə endirilib.

Yanğın söndürülüb, bina yoxlanılarkən bir nəfərin meyiti aşkar edilib.

Xilasedicilər 25 nəfərin təxliyə edildiyini, üç nəfərin isə xəsarət aldığını bildiriblər. Hadisə yerində 50-yə yaxın xilasedici və 10 ədəd yanğın-xilasetmə texnikası çalışıb.

Gecə ərzində Ukrayna ərazisinə pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlərdən ibarət hücumun həyata keçirildiyi qeyd olunur.

Zərbələrin Kiyev və ətrafı, Çerniqov şəhəri, eləcə də Sumi, Çerkası, Poltava, Xarkov, Dnepropetrovsk və Jitomir vilayətlərində hərbi və enerji infrastrukturu obyektlərinə endirildiyi bildirilir.