İranda aksiyalar zamanı toqquşmalar nəticəsində daha 3 nəfər ölüb

İranda aksiyalar zamanı toqquşmalar nəticəsində daha 3 nəfər ölüb backend

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

 

APA “Fars” agentliyinə istinadən xəbər verir ki, şənbə günü günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı 3 nəfər ölüb.

 

“Mehr” agentliyi isə toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı barədə məlumat yayıb.