2025-ci ildə Gürcüstan immiqrasiya qanunlarını pozduqlarına görə rekord sayda - 1300-dən çox - xarici vətəndaşı ölkədən çıxarıb.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Son günlərdə Gürcüstandan 63 qanunsuz miqrant deportasiya edilib, onların arasında Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları da var.
Bütün deportasiya olunanların ölkəyə yenidən daxil olması qadağandır.
Deportasiyaların sayı son beş ilin ümumi rəqəmlərini xeyli üstələyir. Müqayisə üçün, 2024-cü ildə Gürcüstandan yalnız 363 xarici vətəndaş deportasiya edilib.
Baş nazir İrakli Kobaxidze bu yaxınlarda deportasiya həddinin ildə 3500 nəfərə qaldırılacağını açıqlayıb.
QAZİLER.AZ



