Belarus Prezidenti Aleksandr Lukaşenko Yeni il öncəsi 22 nəfəri, o cümlədən ekstremizmdə ittiham olunan 20 nəfəri əfv edib.
Qaziler.az bildirir ki, bu barədə BelTA Belarus liderinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, əfv olunanlar arasında 15 qadın və 7 kişi var, onlardan 11-nin azyaşlı uşaqları var. Onların hamısı dövlət başçısına əfv üçün müraciət edib, günahlarını etiraf edib və əməllərindən peşman olduqlarını bildiriblər.
Bundan əvvəl, 13 dekabrda Belarus Prezidenti casusluq, terrorizm və ekstremizmdə ittiham olunan 123 nəfəri əfv etmişdi.
QAZİLER.AZ



