Rusiyalı qadın üç və beş yaşlı uşaqlarını öldürdüyünü etiraf edib

Rusiyalı qadın üç və beş yaşlı uşaqlarını öldürdüyünü etiraf edib backend

İrkutsk sakini uşaqlarının qətlini etiraf edib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Rusiya regional istintaq komitəsinin mətbuat xidmətinin məlumatına görə, İrkutsk sakini üç və beş yaşlı uşaqlarını öldürdüyünü etiraf edib.

Hadisə Bauman küçəsindəki  mənzildə baş verib. Dindirmə zamanı qadın cinayəti etiraf edib. O, 28 fevral 2026-cı ilə qədər həbsdə saxlanılıb.

 

İstintaqın tələbi ilə məhkəmə iki uşağını öldürməkdə ittiham olunan qadının 28 fevral 2026-cı ilə qədər iki ay müddətinə həbsdə saxlanılması barədə qərar verib.

 

Psixiatr Vasili Şurov qadının alkoqol asılılığının qətlin səbəbi ola biləcəyini istisna etməyib. O, həmçinin şübhəlinin ruhi xəstəlikləri ola biləcəyi ehtimalının olduğunu bildirib.

 

Vəkil Mixail Piroqov qadının ömürlük həbs cəzası ilə üzləşə biləcəyini bildirib. O izah edib ki, son hökm cinayətin hüquqi təsnifatından və işin bütün hallarından asılı olacaq. Yüngülləşdirici hallara şübhəlinin ruhi sağlamlığı, niyyətsizliyi və cinayət qeydləri, istintaqla əməkdaşlıq və ailə vəziyyəti daxil ola bilər.

QAZİLER.AZ