Ukraynanın Belqoroda dron hücumu nəticəsində beş nəfər yaralanıb

Ukraynanın Belqoroda dron hücumu nəticəsində beş nəfər yaralanıb backend

Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin  dron hücumları nəticəsində beş mülki şəxs yaralanıb.

Qaziler.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov dekabrın 29-da bildirib.

Qubernatorun məlumatına görə, dron zərbələri Qrayvoron, Şebekinski və Borisovski rayonlarında avtomobillərə və fərdi evlərə də ziyan vurub.

Qladkov ümumilikdə dörd bələdiyyənin zərər gördüyünü bildirir.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilib, bəziləri isə əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ