Rusiyada "Boqorodskili manyak" tərəfindən öldürülən qızların cəsədləri tapılıb - VİDEO

Rusiyada "Boqorodskili manyak" tərəfindən öldürülən qızların cəsədləri tapılıb - VİDEO backend

"Boqorodskili manyak" kimi tanınan Dmitri Artamoşinin öldürdüyü iki qızın cəsədi onun sahəsində tapılıb.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 29-da “İzvestiya”ya mənbə məlumat verib.

Mənbə bildirib ki, "İtkin düşmüş iki qızın - Mariya Vlasova və Alena Bolotovanın cəsədləri (26 dekabrda- red.) tapılıb. İstintaq bu işin təfərrüatlarını açmağa davam edir".

Mənbənin sözlərinə görə, cəsədlər noyabrın sonlarında həbs edilən Artamoşinin istintaqı zamanı aşkar edilib.

O, oğluna dayə tapmaq bəhanəsi ilə qızlarla internetdə tanış olmaqda, onlarla münasibət qurmaqda və sonra onların izsiz yoxa çıxmaqda ittiham olunur.

QAZİLER.AZ